Wabi-sabi yapon estetikasında qüsurda, sadəlikdə və zamanın izində gözəllik görmək fəlsəfəsidir.
«Wabi» sadəliyi və təvazökarlığı, «sabi» isə zamanla yaranan izləri, köhnəlmənin gözəlliyini ifadə edir. Birlikdə bu iki anlayış belə bir fikri daşıyır: hər şey keçicidir, natamamdır və məhz buna görə dəyərlidir.
İnteryerdə wabi-sabi parıldayan, mükəmməl səthlər əvəzinə təbii materialları, yumşaq işığı və sakit rəngləri seçmək deməkdir.
Yox. Minimalizm təmiz xətlərə və boş səthlərə önəm verir. Wabi-sabi isə istiliyi, xam toxumanı və qüsurlu gözəlliyi önə çıxarır. İkisi bir-birinə yaxındır, amma hissi fərqlidir. Yapon və Skandinav sadəliyini birləşdirən yanaşma üçün Japandi üslubu haqqında yazımıza baxın.
Real nümunə üçün Warm Minimal Living Space layihəmizə baxa bilərsiniz.
Bəli. Üslub əşya sayına yox, material və rəng seçiminə söykənir, ona görə kiçik mənzildə də tətbiq oluna bilər.
Mütləq yox. Əsas məsələ işıq, rəng və əşya seçimidir. Bahalı material məcburi şərt deyil, amma keyfiyyətli təbii materiallar uzunmüddətli baxımdan özünü doğruldur.
Evinizi bu ruhda qurmaq istəyirsiniz? Ōmi Studio məkan planlaşdırmasından material seçiminə qədər sizə kömək edir.
Rezerv et →Don't miss an update - subscribe!